Spaceman

MC Murad — Aşağı - Yuxarı (ft. Xose)

44 143
0
0
02:24

Опубликовано:

© 2013 Master Records, Bütün hüquqları qorunur.



Musiqi və sözləri: MC Murad

Vokal: Afsana M.



"Koma" albomuna daxil olacaq track.



Bənd 1:

Efir dönüb qayğanağa,

Aparıcı qarışıb qonağa,

Kadr əsir dala-qabağa,

Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Əvvəl odun atır ocağa,

Məcbur edir ağlamağa,

Sonrada öpüb qucağlayır,

Tərifləyir başdan-ayağa.

Aşağı-Yuxarı, dəstə-dəstə,

Düzülüblər eyni səsdə,

Həftənin birincisi ol,

Əyil, baş əy, sms istə!

Aşağı-Yuxarı, Yuxarı-Aşağı,

Qalmaq üçün bir az üzdə,

Sürt özüvü alta - üstə,

Aşağı-Yuxarı, Yuxarı-Aşağı.



Nəqarət:

Buda ki, köhnə mövzulardır, qaynadırıq, oynadırıq,

Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Qafiyə təsbeh kimidir, nə cür gəldi fırladırıq,

Aşağı-Yuxarı, Yuxarı-Aşağı.



Bənd 2:

Gəl bunlara münsif otur,

Yerli ulduzumuz budur,

Mikrofonu atıb-tutur,

Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Nə var-nə var toy tutacaq,

Hər nə gəldi uyduracaq,

Tərəkəmə çal oynayacaq,

Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Oxumağı bir cəhənnəmə,

Şişib dodaq, qarın, məmə,

Çıxır zilə, düşür bəmə,

Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Səhnəyə mənfəətə gəlib,

Vicdanı min qələtə gəlib,

Necə olub ki, sənətə gəlib?

Aşağı-Yuxarı, Yuxarı-Aşağı.

Следующее видео