Interaz

Quba-Bakı beton yolunun dağılmasının səbəbkarı iri tonnajlı yük maşınlarıdır

63 468
0
0
04:53

Опубликовано:

Bakı, 8 avqust, SalamNews, B.Göyüş. “Quba-Bakı beton yolunun dağılmasının səbəbkarı iri tonnajlı yük maşınlarıdır”.

SalamNews-un xəbərinə görə, bunu İnterAZ-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, ən çox dağılan ərazi Siyəzən və Ceyranbatan yoludur. Həmçinin Bakının Fəhlə prospekti – Zığ – Hövsan – Hava Limanı ərazilərini birləşdirən beton avtomobil yolu da istifadəyə verildikdən 2 il sonra dağılmağa başlayıb. Ancaq beton yolun o ərazisindəki hissələr yenidən bərpa olunub. Quba-Bakı beton yolu isə hazırda təmir olunur.

Beton yolun tikintisini həyata keçirən “Akkord” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə deyib ki, yolun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib və onun saxlanmasına bu təşkilatın cavabdehdir.

Xatırladaq ki, Bakı-Quba-Rusiya avtomobil yolu ən bahalı tikinti layihələrindən biridir. Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib.

Ekspertlərin fikrincə, yollarda yaranan problemlər işi görən podratçı şirkətin günahı ucbatından ola bilər. Dövlət vəsaitinin keyfiyyətsiz, düzgün olmayan şəkildə, texnoloji əsasları olmadan xərclənməsinə görə məsuliyyət daşıyan qurumlar olmalıdır. Hələlik bu qurumların siyahısına yolun təmirini həyata keçirən “Akkord” şirkətlər qrupu rəhbərlik edir.

Следующее видео