Video.AZ

Şəfiqə Axundova - MƏN (1)

45 743
0
0
10:43

Опубликовано:

Rejissor - İqbal Məmmədəliyev
Operator - Rüfət Məmmədoğlu
Montaj - İqbal Məmmədəliyev
Redaktor - Vəfa Babayeva
Prodüser - Nurlan Məmmədov
Layihənin rəhbəri - Aygün Səmədzadə

Film, 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində çəkilib.

Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvar ayının 21-də qədim yurdlarımızdan olan Şəki torpağında anadan olub. Atası Axundov Qulam Bağır oğlu dövrünün ziyalısı və dövlət işçisi olmuşdur. Belə ki, o, 1917-1920-ci illərdə Şəki qəzasının 1-ci katibi vəzifəsində çalışmışdır. Ona hətta «Bolşevik Qulam» da deyirdilər. Şəfiqə xanımın anası Züleyxa Səməd qızı isə evdar qadın idi. Onların ailəsində Şəfiqə xanımdan savayı Ismət, Tahir, Nəriman və Rəfiqə kimi övladları böyüyürdü. Və Şəfiqə xanımın həyatında çox mühüm əvəzedilməz xidmətləri olan Zümrüd adlı bir bacısı vardı. Beləcə qədim tarixi, şirin, məzəli söhbətləri, duzlu zarafatları, gözəl mənzərəsi, füsunkar təbiəti olan Şəki torpağında gələcəyin böyük sənətkarı böyüyürdü. Amma onun parlaq gələcəyi hələ heç kimə bəlli deyildi. Axı balaca Şəfiqə də adi körpələrdən biri kimi doğulmuşdu. Axundovlar ailəsi nə biləydi ki, bu körpə gələcəyin görkəmli sənətkarı olacaq...

Следующее видео