Irelitv

"Yer Kürəsi Günü" (Earth Day)

79 028
0
0
02:20

Опубликовано:

22 aprel "Yer Kürəsi Günü" münasibətilə "İRƏLİ" İctimai Birliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Yeni Suraxanı qəsəbəsindəyaşıllaşdırma aksiyası həyata keçirmişdir. Aksiya çərçivəsində 50 nəfər gənc tərəfindən 100 ağac əkilmiş, həmçinin yaşıllıqlara qulluq edilmişdir. Sonda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov aksiyanın fəal iştirakçılarına təşəkkürnamə təqdim etmişdir.

Bugün, həmçinin "Planetimizi tanıyaq" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində "İRƏLİ" İctimai Birliyi "Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə" İctimai Birliyi ilə birgə 200 nəfər gəncin iştirakı ilə təqdimat keçirmişdir. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Следующее видео